Gündəm

Bakı-Sumqayıt qatarında gedişhaqqı qalxır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu üzrə tarifləri artırır.

Bunu Azərbaycan Dəmir Yollarının Sərnişindaşıma Departamentinin rəhbəri Azər Fərəcov deyib.

Onun sözlərinə görə, 25 sentyabrdan sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)