Birja

Ruslan Xəlilov: "Səhmlərin təkrar bazarı demək olar ki, mövcud deyil"

Azərbaycanda səhmlərin təkrar bazarı demək olar ki, mövcud deyil.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

"Səhv etmirəmsə, real olaraq təkrar səhm bazarı gələn aydan fəaliyyətə başlayacaq və inkişaf etdikcə, dərinləşdikcə kriptovalyuta bazarı ilə bağlı daha geniş düşünmək olar. Lakin hazırda bununla bağlı hər hansı plan mövcud deyil", - deyə o qeyd edib.

"Azərbaycanda fundamental bazar məhsullarını dərinləşdirmədən birbaşa rəqəmsal məhsullara keçid etmək çətindir. Bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və rəqəmsal transformasiya istiqamətində infrastruktur qurulması tamamlanmalıdır. Kriptovalyuta bazarı və digər rəqəmsal həllərin tətbiqi təkcə bizdən asılı məsələ deyil. Bazarın tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankının özünün riayət etməli olduğu qanunvericilik var. Bu proses yuxarıdan aşağıya doğru həyata keçirilməlidir. Ancaq tənzimləmə və digər məsələlər tam həll olunsa belə, bu, bazarın tam hazır olduğu anlamına gəlməyəcək", - deyə sədr əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)