FED uçot faiz dərəcəsini endirdi
Bu gün ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib.
Məlumata görə, FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib.
Bu da iqtisadçıların proqnozuna uyğundur.
Bu addım inflyasiyanın FED-in 2%-lik hədəfinə yaxınlaşması və əmək bazarının soyuması səbəbindən gözlənilirdi. Müzakirə 25 və ya 50 baza bəndlik faiz endirimi arasında gedirdi.
FED-in uçot faiz dərəcəsi 2023-cü ilin martına qədər 0.25% idi və sonradan 525 baza bəndi faiz artımına gedib.
Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır.