Sosial iqtisadiyyat

Bolqarıstan Azərbaycana regional aviaşirkətin yaradılmasını təklif edir

Bolqarıstan Azərbaycanın "SILK Way" şirkətinə pilotsuz uçuş aparatlarının istifadə olunduğu birgə regional aviaşirkətin yaradılmasını təklif edir.

Bu barədə Bolqarıstanın "DRONAMICS" şirkətinin icraçı direktoru Svilen Ranqelov bildirib.

S.Ranqelov qeyd edib ki, onun şirkəti uzaq mənzilli dronlardan istifadə etməklə hava daşımaları ilə məşğul olur.

O, “SILK Way” ilə bu bizneslə birgə məşğul olacaq regional aviaşirkətin yaradılmasını təklif edir.

Qeyd edək ki, bu gün Azərbaycan və Bolqarıstan arasında pilotsuz uçuş aparatlarından istifadə etməklə yüklərin daşınması xidmətlərinin inkişafı sahəsində əməkdaşlıq Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə yüklərin daşınması sahəsində texnologiyalar və xidmətləri birgə inkişaf etdirəcək, həmçinin Ələt Azad İqtisadi Zonasında “Black Swan” PUA-larının birgə istehsalının yaradılması imkanlarını nəzərdən keçirəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)