Gündəm

Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bəyan edib

Artıq 34 ölkə bu və ya digər formada BRİCS-ə qoşulmaq arzusunu ifadə edib.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz Kazan sammitində üzvlük üsullarını müzakirə edəcəyik”, – o qeyd edib.

Qeyd edək ki, BRİCS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Hazırda BRİCS-in doqquz üzvü var – Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)