Qarabağ

Simonyan: “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil

“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.

Bunu ölkə parlamentinin sədri Alen Simonyan deputatların üç illik fasilədən sonra sözügedən komissiyanın çağırılması təklifinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, artıq “Dağlıq Qarabağın rəsmiləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. O hüquqşünasdır və hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)