Türkiyə BRICS-ə tam üzvlük üçün müraciət edib - Rusiya açıqlama yaydı
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın 2009-cu ildə qurduğu BRİCS-ə Türkiyənin üzvlük üçün müraciət etməsi xəbərindən sonra Rusiyadan açıqlama verilib.
Rusiyanın vitse-prezidenti Yuri Uşakov Türkiyənin BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət etdiyini bildirib. Rusiyanın Vladivostok şəhərində keçirilən 9-cu Şərq İqtisadi Forumunda jurnalistlərə açıqlama verən Yuri Uşakov “Türkiyə tam iştirak üçün müraciət edib, bunu qiymətləndirəcəyik” deyib.
AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik dünən keçirdiyi mətbuat konfransında Türkiyənin BRİKS-ə tamhüquqlu üzv olmaq niyyətinin açıq olduğunu bildirib və "Proses davam edir, konkret bir inkişaf olarsa, paylaşacağıq" deyib.
Rusiya vitse-prezidenti Uşakov son açıqlamasında prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın 22-24-də Tatarıstanın Kazan şəhərində keçiriləcək 16-cı BRİKS Zirvə Toplantısında iştirakına dair rəsmi dəvətin Türkiyə tərəfinə göndərildiyini bildirib.