Netanyahu bölgəni gərginləşdirən planda israr edir
İsrailin baş naziri Benyamin Netanyahu, atəşkəs və məhbus mübadiləsi razılaşması üçün Həmas ilə dolayı danışıqlara maneələrdən biri olaraq görülən Misir-Qəzza sərhəd xəttindəki Filadelfi dəhlizinin işğalını davam etdirməkdə israrlı olacaqlarını bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza ilə qonşu Misir arasında sərhəd rolunu oynayan Filadelfi dəhlizinə nəzarət etməlidir.
Bazar ertəsi axşam mətbuat konfransı keçirən Netanyahu deyib ki, İsrailin bölgəyə nəzarəti "Həması məğlub etmək, girovları geri qaytarmaq və Qəzzanın gələcəkdə təhlükə yaratmamasını təmin etmək" üçün açardır və bölgədən çıxmaq HƏMAS-a girovları qaçaqmalçılıq yolu ilə keçirməyə imkan verə bilər.
Həftə sonu Qəzza tunelində altı israilli girovun güllələnərək öldürülməsindən sonra Netanyahu kədərlənən ailələrdən üzr istəyib.
Netanyahunun mətbuat konfransı ölkə boyu etirazlar zamanı baş tutub.
ABŞ prezidenti Co Bayden administrasiyasına İsrail və HƏMAS-a nəhayət razılığa gəlmək üçün təzyiq etmək üçün bu məqamdan istifadə etmək çağırışları artdıqca, Washington Post yazır ki, ABŞ, digər beynəlxalq vasitəçilər Qətər və Misir "ya götür, ya da burax" yekun razılaşmaya hazırlaşır.
Bayden bazar ertəsi Ağ Evdə jurnalistlərə deyib ki, onlar təklif verməyə çox yaxındırlar. Netanyahunun girovları təmin etmək üçün kifayət qədər iş görüb-görmədiyi barədə suala isə Bayden sadəcə “yox” cavabını verib.