70 əcnəbiyə Az'ərbaycanda qaçqın statusu verilib
Hazırda Azərbaycanda təxminən 70 əcnəbiyə qaçqın statusu verilib.
Bunu Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəis müavini Elmar Mürsəliyev "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.
O bildirib ki, bu statistikada ən çox yeri İran və Əfqanıstan vətəndaşları təşkil edir. Növbəti yerləri isə digər ölkələrin vətəndaşları tutur.