Gündəm

"Rusiya Türkiyədə qaz qovşağı yaratmağı planlaşdırır"

Ukraynanın Rusiya qazının tranziti müqaviləsini uzatmaqdan imtina etməsi avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq, Rusiya Federasiyasının isə alternativ tədarük marşrutları var.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, Ukrayna tərəfinin belə bir qərarı avropalı istehlakçıların maraqlarına da ciddi ziyan vuracaq”, - o, jurnalistlərə bildirib.

Mətbuat katibi qeyd edib ki, Rusiyanın Avropaya alternativ təchizat marşrutları var.

“Alternativ marşrutlar var, Türkiyədə qovşağın yaradılması planlaşdırılır və bununla bağlı iş gedir”, - D.Peskov əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)