Bank

“TuranBank”dan “Bakı Fond Birjası”na transfer

“TuranBank”ın Xəzinədarlıq Departamentinin Direktoru Anjela Ramazanova “Bakı Fond Birjası” QSC-yə transfer olub.

Məlumata görə, Anjela Ramazanova “Bakı Fond Birjası”nın Kapital bazarı iştirakçıları ilə qarşılıqlı əlaqə şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, o, “Rabitəbank”da Xəzinədarlıq Departamentinin direktor müavini kimi də çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)