Birja

Bitcoində aqressiv satış var - ucuzlaşma xəbərdarlığı

Kripto aktivləri araşdıran K33 Research şirkəti, Bitcoin törəmə mövqelərindən əldə edilən məlumatlara əsaslanaraq qiymətləndirməsində Bitcoin-də qısa mövqelərin sıxılma riskinin artmasına diqqət çəkdi.
Kripto bazarından gələn siqnallar, kəskin dəyişmələrə səbəb ola biləcək mövqelərinin “qısa sıxılma” riskinin artmasına işarə edir.

Bugün artıq Bitcoin 2,28% ucuzlaşaraq 59,657 min dollara satılır. bir aylıq ucuzlaşma isə 12%-ə yaxındır. 

K33 nəzərə aldığı əsas göstərici Bitcoin fyuçerslərində nə qədər investorun uzun və nə qədər qısa olduğudur. K33 avqustun 20-də bildirib ki, yeddi günlük orta göstərici ABŞ banklarının uğursuzluqlarının investorları sarsıtdığı 2023-cü ilin martından bəri ən aşağı səviyyədə olub və bu, mənfi gözləntilərin üstünlük təşkil etdiyini göstərir.

K33 analitikləri Vetle Lunde və David Zimmerman, "Bu vəziyyət aqressiv qısa satış olduğunu göstərir və qısa satış üçün struktur olaraq yetişmiş bir mühit yaradır", deyib. 

K33, fyuçers bazarına açıq marağın keçən həftə demək olar ki, 29 min Bitcoin ekvivalenti ilə artdığını söylədi. Təhlilçilər belə sürətlə artan açıq marağın nadir hal olduğunu bildiriblər.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)