Neftdə istiqamət aşağıdır - QİYMƏT (19.08.2024)
Brent bir barreli 80 dollardan aşağı, ABŞ xam nefti isə 76 dollara yaxın idi. İsrail əvvəlcə hərbi əməliyyatların dayandırılması ehtimalı ilə bağlı ehtiyatlı nikbinliyini ifadə etdi. Bu, neft hasil edən regionda gərginliyi azalda bilərdi, lakin yeni fikir ayrılıqları ortaya çıxdı. Bazar da HƏMAS liderinin Tehranda öldürülməsinə İranın reaksiyasını gözləyir.
Ən böyük idxalçı Çində baş verən hadisələr də son zamanlar azalma tendensiyasını artırdı. Burada iqtisadi artım yavaşladı və nəqliyyat sektorunun karbonsuzlaşması yanacağa tələbatın bir hissəsini azaldıb.
"Standart Chartered"in Sinqapurdakı investisiya strateqi Han Zhong Liang deyib: "Bazarlar İranın mümkün reaksiyasına ayıq qaldığından, qeyri-sabitlik qısa müddətdə yüksək olaraq qalacaq".
Xam neft bu il bir qədər yüksək olaraq qalır, buna OPEC+-nın hasilatı azaltması və FED-in tezliklə borclanma xərclərini azalda biləcəyi gözləntiləri kömək etdi.
Vəziyyətdən xəbərdar olan mənbələrə görə, Liviyanın Vaha neft yatağında boru kəmərinin təmiri gözləniləndən tez başa çatdıqdan sonra hasilat gündəlik təxminən 300 min barel səviyyəsinə qayıdıb.