Sənaye

Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 845 milyon 429,23 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsind'n m'lumat verilib..

Məlumata görə, ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 755 milyon 767,70 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 3,22 % çox, dəyəri isə 46,77 % azdır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 29,54 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)