TURİZM

Rusiyada polisə əcnəbilərin ölkədən çıxarılması barədə qərar qəbul etmə səlahiyyəti verilib

Rusiya prezidenti Vladimir Putin polisə müəyyən hüquq pozuntularına görə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan inzibati qaydada çıxarılması barədə müstəqil qərar qəbul etmək səlahiyyəti verən qanunu imzalayıb.

Əvvəllər mövcud olan normalara görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasından çıxarılmasını hakim, Rusiyaya daxil olarkən inzibati xəta törətdikdə isə sərhəd xidmətinin vəzifəli şəxsləri həyata keçirə bilirdi.

Artıq Daxili İşlər Nazirliyinin əməkdaşları da bu şəxslərin ölkədən çıxarılmasında iştirak edə biləcək.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xüsusi müəssisələrdə saxlanma müddəti isə 48 saatdan çox olmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)