HI-TECH

"Whatsapp" Android üçün dizaynında dəyişiklik etdi

Vatsap Android versiyası üçün messencerin dizaynını dəyişib. 

ENA.az xəbər verir ki, şirkət bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib:

“Ehtiyacınız olan hər şeyə həmin anda daxil olmağınızı asanlaşdırmaq üçün bəzi elementləri dəyişdirdik”.

Belə ki, əvvəlki paneldə dörd nişan var idi: “İcmalar”, “Söhbətlər”, “Status” və “Zənglər”.

Yeni dizaynda alt panelə daha dörd nişan əlavə edilib. Yeniləmələr bölməsi Status nişanını əvəz edir.

Qeyd edək ki, nişanların sırası da dəyişib: “Söhbətlər”, “Yeniləmələr”, “İcmalar” və “Zənglər”.

Həmçinin, tətbiqin istifadəsini daha rahat etmək üçün əvvəllər yuxarıda yerləşən naviqasiya paneli indi köçürülüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)