Gündəm

Azərbaycanda qadın dövlətə xəyanətə görə həbs edilib

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Məlumata görə, Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb.

Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)