İnşaat və əmlak

Bakının bu ərazisində də söküntü işləri başlayır – Sakinlər köçürüləcək

Bakının Yasamal rayonu ərazisində söküntü işləri başlayacaq.

ENA.az “Xezerxeber.az”a istinadən xəbər verir ki,  söhbət Yasamal rayonunun 2-ci Alatava massivindən gedir. Sakinlərin sözlərinə görə, aiddiyyəti qurumun işçiləri bir neçə gün əvvəl əraziyə baxış keçiriblər. Alatava sakinləri bildiriblər ki, onlara görüləcək işlərlə bağlı hələlik heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu ərazi şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir. Xırdalan dairəsindən üzü “20 Yanvar” metrostansiyasına tərəf və əks istiqamətdə daim tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı prosesə start verilməsini prioritetə çevirib. Yeni çəkiləcək yollar və tikiləcək yol ötürücülərinin bir hissəsi 2-ci Alatava qəsəbəsi ərazisindən keçəcək. Bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.

Söküntü işlərinin başlanması ilə bağlı isə Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazinin sökülməsi ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)