“AzInTelecom”da təyinat
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom (AzInTelecom)” MMC-nin İdarə Heyəti sədrinə daha bir müşavir təyin edilib.
Məlumata görə, bu vəzifəyə Fərid İsmayılzadə təyin edilib.
O, 2022-ci ilin yanvarından buna qədər “AzInTelecom”un Etimad xidmətləri şöbəsinin müdiri idi.
Fərid İsmayılzadə Azərbaycan Dövlət İqtisad Universitetində İnformatika işlənməsi və idarəetmənin avtomatlaşdırılması sistemləri ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib.