Bank

Azərbaycan banklarının xarici borcları azalır - RƏSMİ

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2024-cü il fevralın 29-na 2 milyard 120,5 milyon manatdır. Bu isə o deməkdir ki, ötən 2 ayda 18,4% azalma baş verib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, fevral ayında bankların xarici öhdəlikləri 375,6 milyon manat (yanvarda -102,1 milyon manat) azalıb.

AMB-nin məlumatına görə, fevralın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 2 milyard 522,8 milyon manat təşkil edir ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 5,6% azdır.

Fevralda bankların xalis xarici aktivləri 354,3 milyon manat azalıb (yanvarda +204,2 milyon manat).

2023-cü ildə bankların xarici öhdəlikləri 47,5% artıb, xalis xarici aktivləri – 2,4 dəfə azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Fevralın sonuna Azərbaycanda 23 bank fəaliyyət üçün lisenziyaya malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)