Sənaye

Bu il BP-də çalışan işçilərin sayı artıb

Bu il iyulun 1-nə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 386 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu barədə “BP-Azerbaijan” şirkətinin bu ilin I rübü üzrə biznesə dair yaydığı hesabatında qeyd edilib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37 nəfər və ya 1,5 % çoxdur.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xatırladaq ki, 2023-cü ilin yarımilində BP şirkətindəki Azərbaycan vətəndaşlarının sayı 2 349 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)