DİN-dən virtual “papaqatdı” ilə bağlı - Müraciət
Daxili İşlər Nazirliyi (DİN) kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosunun paylaşılması ilə bağlı vətəndaşlara müraciət edib.
ENA.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov bildirib.
“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, - deyə qurum rəsmisi vurğulayıb.