“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkəti birləşdirilir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "ASK Aqro" MMC korporasiyanın digər şirkəti “ASK Tütün” MMC-nin ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.
ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "ASK Aqro" 2018-ci ildə, "ASK Tütün" isə 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Onların nizamnamə kapitalları müvafiq olaraq 690 min manat və 1,648 milyon manatdır.