Bank

İlkin Quliyev  Alman-Azərbaycan Xarici Ticarət Palatasının Maliyyə Xidmətləri İşçi Qrupunun sədri təyin olunub

AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev,  Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Maliyyə Xidmətləri İşçi Qrupunun sədri təyin olunub.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın idarə olunması üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində Bank və Maliyyə üzrə magistr dərəcələrinə yiyələnib, CİMA (Chartered Institute of Management Accountants) sertifikatlarına malikdir.

İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir,  AccessBank-dan öncə 3 müxtəlif bankda fəaliyyət göstərib və bank sektorunda böyük təcrübəyə malikdir.  Onun təcrübəsi bank sektorunun müxtəlif sahələrin, o cümlədən,  Beynəlxalq əlaqələr, Xəzinədarlıq, VİP Bankçılıq, AML, Risklərin idarə edilməsi Strateji planlaşdırma və layihələrin idarə edilməsi, Proseslərin optimallaşdırılması, Təşkilati inkişaf və İnsan resurslarının idarə edilməsini əhatə edir.

Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın AccessBank ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılıb.  İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud problemlərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və nəzarət sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.

İlkin Quliyevin AHK Maliyyə Xidmətləri İşçi Qrupunun üzvlərinə artıq təqdim edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)