Elm və Texnologiya

Vodafone Italia 8,7 milyard dollara satılır. Yeni səhmdar kimdir?

Swisscom-dan əhəmiyyətli bir satınalma addımı gəldi. Şirkət Vodafone Italia-nı 8 milyard avroya alacağını və İtaliya ortaqlığı ilə birləşdirəcəyini açıqlayıb.

Razılaşma nəticəsində İtaliyanın TİM telekommunikasiya şirkətindən sonra İtaliyanın ikinci ən böyük stasionar genişzolaqlı operatoru yaradılacaq.

Swisscom ödənişin borc hesabına maliyyələşdiriləcəyini və nağd şəkildə həyata keçiriləcəyini açıqlayıb.

Swisscom, sövdələşmənin 2025-ci ilin birinci rübündə tamamlanmasının gözlənildiyini və səhmdarların səsinin tələb olunmayacağını bildirdi.

Nəzarət paketi İsveçrə hökuməti olan Swisscom 2007-ci ildən Fastweb vasitəsilə İtaliyada fəaliyyət göstərir. Fastweb-in gəlirləri və müştəriləri son 10 ildə 50 faiz artıb.

Vodafone 5 ilə qədər xidmət göstərəcək
Vodafone və Swisscom razılaşmasının bir hissəsi olaraq, Vodafone-un Swisscom-a 5 ilə qədər müəyyən xidmətlər göstərməyə davam edəcəyi ifadə edilib.

Vodafone Qrupunun Baş İcraçı Direktoru Margherita Della Valle, şirkətin İtaliya və İspaniyadakı əməliyyatlarının satışından 12 milyard avro nağd gəlir əldə ediləcəyini ifadə edərək, "Səhmlərin geri alınması yolu ilə 4 milyard avronu səhmdarlarımıza qaytarmağı planlaşdırırıq", deyib.

Keçən ilin noyabrında Vodafone İspaniyadakı fəaliyyətini Zegona Communications-a 5 milyard avroya, o cümlədən 4,1 milyard avro nağd pul və təxminən 900 milyon avro geri alına bilən imtiyazlı səhmlərə satmaq barədə razılığa gəldiyini açıqlamışdı.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)