Ağdamda ortopedik matras və yumşaq mebellərin istehsalı yaradılır
Ağdam Sənaye Parkında investisiya dəyəri 2,3 milyon manat olan ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bununla bağlı "Komfy" MMC-yə sənaye parkının rezidenti statusu verilib: “Müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da Ağdam Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb”.