Yanvar-fevral aylarında Azərbaycanda istehsal 5% artıb
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 18 milyard 576,9 milyon manat təşkil edib, real iqtisadi artım 5 faiz səviyyəsində qiymətləndirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında neft-qaz sektoru 0,7% azalıb, qeyri-neft-qaz sektoru 10,1% artıb.
ÜDM-in strukturunda sənaye 39,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 9,9 faiz, nəqliyyat və anbar təsərrüfatı 7 faiz, tikinti 5,5 faiz, kənd və meşə təsərrüfatı, balıqçılıq 2,7 faiz, 1,8% informasiya və rabitə sektorunun payına düşüb, turistlərin yerləşdirilməsi və ictimai iaşə obyektləri üzrə - 2,2%, digər sektorlar üzrə - 19,8% təşkil edib. Vergilərin ÜDM-də xüsusi çəkisi 11,3 faiz olub.
Yanvar-fevral aylarında adambaşına düşən ÜDM 1 min 824,1 manat təşkil edib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır.