Bitcoin həftəyə rekordla başladı - QİYMƏT
Bitcoin yeni həftəyə rekordla başladı. Bitcoin ilk dəfə 71 min dolları ötüb. Son zamanlarda, ETF-lərin təsdiqindən sonra Bitcoin-də sürətli artım müşahidə olunur. İlin əvvəlindən bəri Bitcoin 67 faiz bahalaşıb.
Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici pul siyasətinə doğru hərəkət edəcəyi ilə bağlı gözləntilər də Bitcoin-in artımını dəstəklədi.
Xatırladaq ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitcoin ETF ərizəsini təsdiqlədi.