40-dan çox xarici şirkət Rusiyadan Qazaxıstana köçüb
"Dəyəri 1,5 milyard dollardan çox olan 40-dan çox xarici şirkətin Rusiyadan Qazaxıstana köçmə prosesini başa çatıb". ENA.az xəbər verir ki, Qazaxıstanın Milli İqtisadiyyat nazirinin müavini Bauyrjan Kudabergenov bildirib.
"Bu gün hökumət xarici şirkətlərin - iri müəssisələrin köçürülməsi üzərində işləyir. Siyahımızda 30-dan çox ölkədən 400-ə yaxın şirkət var. Bu gün dəyəri 1,5 milyard dollardan çox olan 41 şirkət üçün konkret nəticələr var - bunlar InDriver, TikTok və digərləridir. Bu gün 37 şirkət üzərində iş gedir. Hansı şirkətlər, yəqin ki, hələlik açıqlamayacağıq...”, - deyə Kudaybergenov hökumətin brifinqində bildirib.
Nazir müavini əlavə edib ki, söhbət istehsal sənayesi, İT və rəqəmsallaşma, eləcə də mədən sənayesi şirkətlərindən gedir.
Onun sözlərinə görə, hazırda Rusiyadan 37 şirkət köçürülmə prosesindədir ki, onların ümumi kapitallaşması təqribən 1 milyard dollar təşkil edir.
Xəbər verildiyi kimi, 2023-cü ildə KAZAKH INVEST milli şirkətinin məlumatına görə, Rusiya bazarında fəaliyyət göstərən 72 şirkət Qazaxıstana köçməkdə maraqlı olduğunu bildirib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya bazarını tərk etmiş şirkətlərin respublikaya köçməsi üçün əlverişli şərait yaradılması barədə göstəriş verib.