"Birbank Biznes"dən qadın sahibkarlara özəl 8 Mart hədiyyəsi
"Birbank Biznes" 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sahibkarlara özəl kampaniya həyata keçirir. Belə ki, 31 mart tarixinədək mikro biznes krediti əldə edən qadın sahibkarlar üçün illik kredit faizinə 8%-ə qədər endirim ediləcək. Xanımlar 100 000 manatadək krediti maksimum 36 ay müddətə, illik 18%-lə girovsuz və zaminsiz əldə etmək imkanı qazanırlar.
Hər zaman qadın sahibkarlara dəstək göstərən "Birbank Biznes"in yeni kampaniyasından yararlanmaq istəyən xanımlar "Kapital Bank" ASC-nin ən yaxın filialına yaxınlaşa və ya https://bir.bank/prmk8mk saytı vasitəsilə onlayn müraciət edərək banka getmədən, vaxt itirmədən kredit əldə edə bilərlər.
"Birbank Biznes" müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən "Birbank Biznes" sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və yaxud 896 məlumat mərkəzinə zəng edin.