Neft Fondu valyuta satışını 2,2 dəfə artırıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin fevral ayında valyuta hərraclarında $920,5 milyon məbləğində xarici valyuta satıb.
Xəbər verildiyi kimi, ARDNF 2024-cü ilin yanvar ayında $417 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, fevralda xarici valyuta satışının həcmi 2,2 dəfə artıb.
ümumilikdə 2024-cü ilin yanvar-fevral aylarında ARDNF valyuta hərraclarında $1 milyard 337,5 milyon məbləğində xarici valyuta satıb. Bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2,5 dəfə çoxdur.
Azərbaycan Dövlət Neft Fondu 2023-cü ildə valyuta hərraclarında $2 milyard 689,4 milyon məbləğində xarici valyuta satıb. Yəni, 2022-ci illə müqayisədə 42,6% azalma qeydə alınıb.