“Bank Avrasiya”da yeni təyinat olub
“Bank Avrasiya” ASC-nin Audit Komitəsinin sədri dəyişdirilib.
ENA.az xəbər verir ki, Babaşov Vurğun Sitam oğlu Audit Komitəsinin sədri seçilib.
Buna qədər vəzifədə Əhmədov Zaur Qalib oğlu idi.
Vurğun Babaşov 27 iyul 1971-ci il tarixdə anadan olmuşdur. 1993-cü ildə N.N.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı Filialının “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirmişdir. 1999-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetin “Hüquqşünaslıq” fakultəsinin bitirmişdir. 1996-cı ildən dövlət sektorunda və daha sonra hüquqşünaz kimi fəaliyyət göstərmişdir.