Sosial iqtisadiyyat

Dəniz suyunun duzsuzlaşdırılmasına 14 xarici özəl şirkət cəlb edilib

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılmasına 14 xarici özəl şirkət cəlb edilib.

Bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

"Prezidentin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb", -deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)