Fiziki şəxslər ölkəyə 1,4 dəfə çox mal mal gətiriblər
Fiziki şəxslərin 2023-cü ildə Azərbaycana gətirdiyi malların həcmi 38,8% artıraraq 2 milyard dollara çatıb. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, ümumilikdə Azərbaycana malların idxalı 18,9% artaraq 17,3 milyard dollara yüksəlib.
Azərbaycana malların idxalı özəl sektor tərəfindən 12,4 milyard dollar (2022-ci illə müqayisədə artım 17,4%), dövlət qurumları xətti ilə 2,9 milyard dollar (+ 13,9%), fiziki şəxslər tərəfindən 2 milyard (+ 38,8%) dollar təşkil edib.