Bank

Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi açıqlandı

2023-cü ilin sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 33,2% olub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə dollarlaşma səviyyəsi 11,7 f.b. azalıb. Həmçinin, 2023-cü ilin dördüncü rübündə bu göstərici üçüncü rüb ilə müqayisədə 0,8 f.b. artıb.

Xatırladaq ki, 2022-ci ilin sonuna bu göstərici 44,9% təşkil edib.

AMB-nin məlumatına görə, 2023-cü ilin sonuna hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 43,4% (2022-ci ilin sonuna - 52,8%) təşkil edib.

2024-cü ilin əvvəlinə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 33,2% (2022-ci ilin sonuna - 39,2%) olub.

AMB qeyd edir ki, 2023-cü ildə ev təsərrüfatlarının əmanətləri üzrə dollarlaşma səviyyəsi (qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan) 6,1 faiz bəndi – 29,5%-dək azalıb.

2023-cü il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 36 milyard 965,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2% çoxdur. Həmçinin, fiziki şəxslərin əmanətləri 12 milyard 947,75 milyon manat məbləğində (artım 10,3%) qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)