7 rayonda bu şəxslərə mənzillər veriləcək
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 dekabr 2023-cü il tarixdə elanı verilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Oğuz, Balakən, Neftçala, Beyləqan, Şirvan, Ağsu və Salyan rayonlarında 2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar tender elanı verilib.
Məlumata görə, keçirilən açıq tenderdə qiymət təkliflərinin son verilmə tarixi və vaxtı 2024-cü il 26 fevral saat 18:00-dan 2024-cü il 04 mart saat 18:00-dək uzadılıb.
Elanda bildirilir ki, tender təkliflərinin açılış tarixi və vaxtı 2024-cü il 05 mart saat 15:00 kimi nəzərə alınsın.