Gündəm

Fransa bu gün Ermənistana silahlar göndərəcək

Fransa fevralın 22-də Ermənistana bir sıra müdafiə silahları göndərəcək.

Məlumata görə, Ermənistan KİV-ləri “Le Figaro”ya istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət “Thales” şirkətinin istehsal etdiyi, 250 kilometr məsafədə təyyarələri aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarından (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlərindən gedir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı İrəvan ilə Paris müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalayıb.

Fevralın 22-də isə xəbər yayılıb ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Ermənistana səfər edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)