Bankların dolllar alışı artdı - HƏRRAC (22.02.2024)
Azərbaycan Mərkəzi Bankı bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 108,1 milyon dollar satıb.
“Fevralın 22-də keçirilən hərracda tələb 108,1 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.
Xatırladaq ki, fevralın 20-də keçirilən hərracda banklara 102,6 milyon dollar məbləğində xarici valyuta satılmışdı.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.