Azərbaycan şaftalısının 98%-ni Rusiya alıb
Azərbaycan 2023-cü ildə 45,178 min ton şaftalı ixrac edib. Bu, 2022-ci ilin göstəricisindən 69,8% çoxdur. ixracdan gəlir 51 milyon 435,85 min dollar olub. Dəyər ifadəsində artım isə 56,6%-dır.
Əsas ixrac Rusiyanın payına düşüb. Xüsusilə, 2023-cü ildə Rusiya Federasiyasına 50 milyon 630,71 min dollar (artım 56,2%) məbləğində 44,073 min ton şaftali ixrac edilib. Ümumiyyətlə, 2023-cü ildə Azərbaycandan bütün şaftalı ixracının 97,5%-i Rusiya Federasiyasının payına düşüb.
Azərbaycan 2022-ci ildə 32 milyon 851,55 min dollar dəyərində 26,607 min ton şaftalı ixrac edib.