Dolların ucuzlaşması gözləntisi opsiyonlarda hiss olunur
ABŞ-da gözlənilən faiz dərəcələrinin aşağı salınması yüksək gəlirli aktivlərin cəlbediciliyini artırdığından, səhm investorlarının dolların inkişaf etməkdə olan ölkələrin (EM) valyutaları qarşısında bahalaşması ilə bağlı gözləntilərini 2007-ci ildən bəri ən aşağı səviyyəyə salıb.
JPMorgan-ın hesabladığı indeksə görə, 3 aylıq satış opsionlarının qazancı ilə alış opsiyanlarını qazancı arasındakı “riskin geri çevrilməsi” olaraq adlandırılan fərq bu həftə 0,90 faizə qədər azalıb. Bu göstərici yanvarın ortalarında 1,19 faiz bəndi olub. Bu dərəcənin azalması oxşar ödəmə müddəti ilə nəzərdə tutulan volatilliyin azalması ilə müşayiət olunub.
Bu, dollarla bağlı opsionlara tələbin azaldığını göstərir. Zamanlama dəqiq olmasa da, indi investorlar ABŞ-da inflyasiyanın azalmasını və FED-in faiz dərəcələrini azaltmağa başlayacağını gözləyirlər. Bu, dolların zəifləyəcəyi ilə bağlı gözləntiləri dəstəkləyir.
Oversea-Chinese Banking Corp. FX strateqi Kristofer Vonq proqnozlaşdırıb ki, ABŞ-da daha az məhdudlaşdırıcı mühit, genişlənən gəlir spredləri, inkişaf etməkdə olan iqtisadiyyatlarda ixracın bərpası və Çində stimullaşdırma ümidləri dolların EM valyutaları qarşısında dəyər itirməsinə səbəb ola bilər.