Bank

Mərkəzi Bank “Azər-Türk Bank”a məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azər-Türk Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verib.

ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu addım filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində tənzimləyici quruma yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)