Bank

Azərbaycanda problemli kreditlərin məbləği AÇIQLANDI

2024-cü il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının  kredit portfeli  milli valyuta ekvivalentində 23979,1 milyon manat təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Qeyd edilib ki, ümumi kredit portfelinin 19887,9 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği də açıqlanıb. Rəsmi məlumata görə, ümumi kredit portfelinin 1,8 faizini vaxtı keçmiş kreditlər təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)