Sənaye

Aqroparklar bir ildə nə qədər məhsul satıb? - RƏSMİ RƏQƏM

2023-cü ildə Azərbaycandakı aqroparklardan 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

"Ötən il aqroparklarda buğda istehsalı 41 min ton, arpa istehsalı 24 min ton, dən qarğıdalı istehsalı 31 min ton, şəkər çuğunduru istehsalı 78 min ton, kartof istehsalı 14 min ton, soya istehsalı 1.2 min ton, pambıq istehsalı 11 min ton, silos üçün qarğıdalı istehsalı 52 min ton və yonca istehsalı 11 min ton olub. İstehsal olunan 41 min ton buğdanın 66%-i ərzaqlıq, 18%-i toxumluq, 16%-i yemlik buğda olub", - deyə o qeyd edib.

S. Adıgözəlov əlavə edib ki, aqroparklarda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müəyyən işlər həyata keçirilib: “Belə ki, aqroparkların əkin sahələrinin 16,3 min hektarı pivot, 6.1 min hektarı damcı, 1 min hektarı sprinkler vasitəsi ilə suvarılır. İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3,2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha). Bundan əlavə, aqroparklarda 47 min kubmetr tutumunda soyuducu və 142 min kubmetr tutumunda müasir taxıl anbarı kompleksləri mövcuddur. Fəaliyyətə başlamış aqroparklardan 5-i ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)