Hesabatlar

Azərbaycanda əhalinin nominal pul gəliri artıb - STATİSTİK RƏQƏM

2024-cü ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 5 milyard 618,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 4,5% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında Azərbaycanda orta illik inflyasiya 1,7% təşkil edib.

Statistik məlumatlara görə, yanvarda əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 3,9% artaraq 551,8 manata çatıb. 

Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 4 milyard 833 milyon manat qalır ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 4,5% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 474,6 manat (artım 3,9%) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)