Hesabatlar

Ehtiyat ayırdı, böyük zərər açıqladı

“Nikoil Bank” 2018-ci ilin 3-cü rübündə böyük zərər açıqladı.

Bİ.az mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 50 milyon 525 min manat, faiz xərcləri 11 milyon 993 min manat, qeyri-faiz gəlirləri 5 milyon 375 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 658 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 28 milyon 248 min manat olsa da, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsinə 108 milyon 149 min manat ayırdığına görə, 2018-ci ilin üçüncü rübünü 79 milyon 901 min manat zərərlə başa vurub.

Aktivlər üzrə iri ehtiyatlara iri məbləğ yaratmağın səbəbinə gəlincə, bunun problemli kreditlərlə əlaqədar olduğu bildirilir. Güman edilir ki, verilmiş kreditlər qaytarılmaya bilər, əgər proqnozların tərsi baş verərsə, həmin vəsait bankın gəlirinə əlavə ediləcək.

 

Müştərilərə verilən kreditlər cüzi artıb

“Nikoil Bank”ın 2018-ci ilin üçüncü rübündə müştərilərə verdiyi kreditlər illik müqayisədə 1 milyon 37 min manat artaraq 293 milyon 161 min manata çatıb. Bunun 186 milyonu xalis kreditlər, 108 milyon manatı isə kreditlər üçün yaradılmış məqsədli ehtiyatlardır. Bank digər maliyyə institutlarına 5 milyon manat kredit verib və vəsaitlərinin 47 miyon manatı Mərkəzi Bankdakı müxbir hesabında saxlanılır. Aktivlərin təxminən 11 milyon manatını isə nağd vəsaitlər təşkil edir. Bankın 2018-ci ilin 3-cü rübünə olan cəmi aktivləri 407 miyon 149 min manat təşkil edir.

Bankın  depozit portfeli kiçilib

Bankın depozit portfeli bir illik müqayisədə 7% azalaraq 213 milyon 661 min manat olub, cəmi kapitalı 69 milyon 285 min manat təşkil edib. Bank tərəfindən  8 milyon 500 min manat dəyərində qiymətli kağızlar buraxılıb. Nəticədə cəmi öhdəliklər 338 milyon manata çatıb.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department