Seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib - “Exit poll”
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.
Məlumata görə, “Oracle Advisory Group”un tərəfdaşı Vlada Qalan bildirib ki, Azərbaycanda artıq 5-ci seçkini müşahidə edirlər.
Beynəlxalq səviyədə isə 25-ci seçkinin müşahidə edən V.Qalan bu seçkinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
Təşkilatın tərəfdaşı George Birnbaum bildirib ki, ““exit poll”un nəticələrinə əsasən, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1,8 faiz, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,9, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,5 faiz, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,4, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,2 faiz, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,3 faiz səs toplayıb.