Sığorta

ASA-nın Müşahidə Şurasına yeni üzv seçilib

ASA-nın Müşahidə Şurası üzvləri sırasında dəyişiklik edilib.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin (ASA) təsisçilərinin iclası keçirilib.

ASA-dan verilən məlumata görə, iclasın gündəliyində duran məsələ Birliyin Müşahidə Şurasının üzvü olan və Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2023-cü il tarixli Fərmanı ilə ləğv edilən Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") yerinə yeni üzvün müəyyən edilməsi olub.

Razılığı alınaraq namizədliyi irəli sürülən "Meqa Sığorta" ASC-nin üzvlüyü səsverməyə çıxarılıb. Şirkət ASA-nın təsisçiləri tərəfindən yekdilləklə dəstəklənərək Birliyin Müşahidə Şurasının üzvü seçilib.

Qeyd edək ki, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)