Elm və Texnologiya

Azərbaycanda yeni elektron poçt sistemi istifadəyə veriləcək

2024-cü ilin sentyabr ayında ilk dəfə “Kiber diplomatiya” konfransı keçiriləcək. Bu tədbir nəinki Azərbaycanda, həmçinin regionda bir ilk olacaq. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu əsasında birgə təşkil olunur.

ENA.az xəbər verir ki, bunu “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı”nda çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, gələn aydan Azərbaycanda yeni elektron poçt sistemi istifadəyə veriləcək.

“Domino sistemi üzrə qurulmuş yeni poçt sistem bir çox əlavə xidmətlər təqdim etməyə imkan verəcək. İlk dəfə Azəbaycan dilində interfeysi mövcud olacaq. Dövlət qurumlarının son istifadəçilərinin mühafizəsi üçün mərkəzləşdirilmiş XDR həlli təqdim olunacaq. Bu ildən toplu SMS xidməti də aktiv olacaq", - deyə T.Məmmədov əlavə edib.

T.Məmmədov çıxışı zamanı bildirib ki, 2023-cü il ərzində 186 saxta domen adları aşkarlanaraq fəaliyyəti dayandırılıb, həmçinin ötən il 134 saxta "gov.az" domeni XRİTDX-nin mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)