Qarabağ

Laçın şəhərindən üç kəndə avtobus açılacaq

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi üçün üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb.

ENA.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nqəliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)