Bank

Mərkəzi Bank uçot dərəcəsinin azaldılmasının səbəbini açıqladı - VİDEO

Azərbaycan Mərkəzi Bankının keçirdiyi hərracların 92 faizində təklif tələbi üstələyib.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.

"2023-cü ilin sonunda fiskal sektornda çanat tələbi üçün 2.1 milyard dollar almışıq. Bizi daha çox narqhat edən xarici faktorlardır. Ticarət tərəfdaşlarının sərt monitar siyasəti inflyasiyay azaldıcı təsir göstərsə də qeyri-meəyyənliklər çoxdur" deyə sədr bildirib.

***

"2023-cü ilin yekununda CƏB-in profisiti 10 milyard dollara yaxın olacaq"

2023-cü ilin yekununda Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti 10 milyard ABŞ dollarına yaxın olacaq.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, ortamüddətli dövrdə - 2024-2025-ci illərdə isə CƏB-də 7 milyard ABŞ dolları profisit proqnozlaşdırılır.

***

2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17 % çoxdur.

"O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb", - deyə sədr qeyd edib.

***

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ildən yerli bankları da broker xidmətlərinə cəlb etmək niyyətindədir.

Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

“Düşünürük ki, bu addım kapital bazarının daha da genişlənməsinə şərait yaradacaq, çünki banklarımızın geniş filial şəbəkəsi var. Bu sahədə kifayət qədər, əsasən infrastruktur baxımından planlarımız var ki, kapital bazarı effektiv işləsin. Bundan başqa, bazarda rəqəmsallaşmaya dair planlarımız var. Sözsüz ki, marifləndirmə istiqamətində də işlər aparılacaq ki, həm investor, həm də emitentlərin biliklərini artıraq", - deyə o qeyd edib.

***

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artım tempini təxminən 3,5 % səviyyəsində proqnozlaşdırır.

Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə ÜDM-in artımı 3-4 % səviyyəsində nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)